“Baku Medical Plaza” Naxçıvanda fəaliyyətə başlayıb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paytaxtın məşhur “Baku Medical Plaza” klinikalar şəbəkəsinin Naxçıvan şöbəsi fəaliyyətə başlayıb.

“Baku Medical Plaza” xaricdə yüksəksəviyyəli tibbi təhsil almış yerli həkimlər və tanınmış mütəxəssislər, yüksək tibbi xidmət, müasir tibbi avadanlıqlarla pasiyentlərin böyük rəğbətini qazanıb. Klinikanın xidmətlərindən artıq muxtar respublika sakinləri də yararlana biləcək. Klinikanın Naxçıvan şöbəsi Heydər Əliyev prospektində, Təbriz hotelin yanında fəaliyyətə başladı.

Klinikanın yüksək ixtisaslı tibbi personalı ən müasir tibbi avadanlıqlarla ultrasonoqrafiya, nevrologiya, kardiologiya, ginekoloji və digər tibbi xidmətlər göstərir. Fevralın 25-26-da Naxçıvanda peşəkar həkimlərin iştirakı ilə ilk müayinələr keçirilib, yüzlərlə sakinə xidmət göstərilib. Əlavə müayinə və cərrahi əməliyyatlara göstəriş olanlar isə Bakı şəhərinə, klinikanın mərkəzi şöbələrinə dəvət ediliblər.

Sonsuzluğun müalicəsi və suni mayalanma sahəsindəki yüksək nailiyyətlər isə mərkəzin ən böyük uğurlarındandır. Yüzlərlə gənc ailə mərkəzin yüksəkixtisaslı həkimlərinin tövsiyə və müalicəsi əsasında övlad sahibi olub. Klinikaya müraciət edən Quliyevlər ailəsi isə dünyaya gələn üçəm övladları ilə bu sevinci üçqat yaşayır.

Sevgili Mustafazadə

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: