Şuşa Azərbaycanın mədəniyyət incisidir - NTV xəbərin geniş reportajı - VİDEO
Şuşanın işğaldan azad olunması həm də Azərbaycan mədəniyyətinin özünə qaytarılması deməkdir. Tarix boyu bu diyarda mədəniyyətimizin ən gözəl nümunələri, tarixi abidələri yaradılıb və qorunub saxlanılıb.
Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı döyüş yolu keçdi, Şuşanı işğaldan azad edərək bayrağımızı dalğalandırdı. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarının Şuşanın işğaldan azad olunmasındakı müstəsna xidmətləri isə bizi bir daha qürurlandırır. Naxçıvan televiziyasının Şuşaya ezam olunmuş əməkdaşları Azərbaycanın mədəniyyət paytaxtından maraqlı reportaj hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi reportajı təqdim edir:
İlham Vəliyev