“Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanist siyasət” mövzusunda tədbir keçirilib

A- A A+

Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində “Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanist siyasət” mövzusunda tədbir olub.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə tədbirdə Xidmətin rəis müavini vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı Əli Rəhimov “Ulu öndər Heydər Əliyevin cəza-icra siyasəti” barədə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyevin siyasi kursunun prioritet sahələrindən biri də insan hüquq və azadlıqlarının müdafiəsi idi. Onun səyi nəticəsində 1993-cü ildə ölüm hökmünün icrası üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv olunub.  Qeyd olunub ki, ulu öndərin prezidentliyi dövründə 32 əfv sərəncamı imzalanıb, 7 amnistiya aktı qəbul edilib.

Tədbirdə “Cəza siyasətinin humanistləşdirilməsi və insan hüquqları” mövzusunda çıxış edən İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vahidə Bayramova ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapması və möhkəmlənməsində gördüyü işlər, bu sahədəki xidmətləri barədə məlumat verib.

Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının əməkdaşlarının, cəza çəkən məhkumların iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçılar ümummilli liderə həsr olunmuş “Xalqa bağışlanan ömür” sənədli filminə baxıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: