NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin 9 ayı ərzində müvafiq dövlət qurumları ilə birlikdə qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanması, yeni əmək fəaliyyətinə başlayanların sosial sığorta şəhadətnaməsi ilə təmin olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə sahibkarlıq obyektlərində monitorinqlər aparılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirakı ilə keçirilən monitorinqlər Naxçıvan şəhəri, Babək, Ordubad, Culfa, Şərur, Kəngərli, Şahbuz və Sədərək rayonlarını əhatə edib.
Ümumilikdə, Naxçıvan Muxtar Respublikası üzrə 589 sahibkarlıq obyektində (59 hüquqi, 530 fiziki səxs) 446 yeni əmək müqaviləsi bağlanılıb, 1690 əmək müqaviləsində isə əməkhaqqı artırılıb.
Qeyd edək ki, muxtar respublika üzrə sahibkarlıq obyektlərində çalışan yeni əmək müqaviləsi bağlanılan sığortaolunanlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığortasına cəlb olunublar.