Naxçıvan şəhərinin küçə və yollarında yenidənqurma, təmir-bərpa işləri aparılır - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin bir sıra küçələrində və yeni tikilən yaşayış binalarının ətrafında abadlaşdırma işləri görülür, yollarda yenidənqurma və təmir-bərpa işləri aparılır.

Geniş abadlıq və quruculuq işlərinin görüldüyü belə ünvanlardan biri Naxçıvan şəhərindəki yeni salınan yaşayış kompleksi - üçüncü Gənclər şəhərciyidir. Yaşayış kompleksindəki binaların ətrafında və həyətində ümumilikdə 4 min 590 kvadrat metr ərazidə xüsusi texnikalar vasitəsilə hamarlama və bərkitmə işləri aparılır. Hazırlıq işləri başa çatdıqdan sonra yaxın günlərdə əraziyə asfalt örtüyü veriləcək.

Sözügedən ərazidə yaşayış binalarını elektrik enerjisi ilə təmin etmək məqsədilə mərkəzləşdirilmiş yeni qapalı transformator yarımstansiyası da tikilir. Həmçinin yaşayış kompleksini elektrik və rabitə ilə təmin edəcək yeraltı xətlərin də çəkilişinə başlanılıb.

Naxçıvan şəhərinin 48-ci məhəlləsindəki yolda da təmir-bərpa işləri aparılır. Burada evlərə verilən elektrik və rabitə xətləri yeraltı xətlərlə əvəz olunur, məhəllədaxili yolların asfaltlanması üçün hazırlıq işləri görülür.

Şəhərin Əziz Əliyev küçəsində isə ötən il su kanalizasiya xətlərinin təmiri zamanı qazıntı işləri aparılan yolun müvafiq hissələrinə  yenidən asfalt örtüyü verilir.

Xosrov İbrahimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: