Naxçıvanda ölkəmizin digər regionlarında yaşayan sosial qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiya keçirilib - FOTOLAR

A- A A+

Ölkəmizin digər regionlarında yaşayan və sosial qayğıya ehtiyacı olan şəxslər “Heydər Əliyev İli” çərçivəsində Naxçıvanda müayinə və müalicə olunurlar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər il təşkil olunan humanitar aksiyadan bu dəfə sağlamlıq imkanları məhdud şəxslər və şəhid ailəsi üzvləri yararlanıb. Xüsusi qayğıya ehtiyacı olan şəxslər Diaqnostika-Müalicə Mərkəzində olub, müvafiq müalicə prosedurlarından keçiblər.

Yüksəkixtisaslı həkimlər tərəfindən müayinələrdən keçən şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: