Şərurda kartof əkinlərinə başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda ilin faraş məhsulu üçün kartof əkinlərinə başlanılıb.

Rayonun Aralıq, Cəlilkənd, Qarxun, Zeyvə, Xanlıqlar, Düdəngə, Mahmudkənd, Sərxanlı və digər yaşayış məntəqələrində ilkin yaz əkinlərinə hazırlıq işləri görülüb, qısa müddətdə 35 hektar sahədə kartof əkilib.

İlin bu vədəsində əkinlərin aparılması o deməkdir ki, artıq may və iyun aylarında faraş kartof yığılacaq, bazara təzə məhsul çıxarılacaq.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: