NUHÇIXAN xəbər verir ki, 2018-ci il aprelin 15-dən etibarən Naxçıvan-Təbriz-Məşhəd sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik edilib. Belə ki, Naxçıvan-Təbriz-Məşhəd sərnişin qatarı artıq hər həftənin bazar günləri Naxçıvan şəhərindən yola düşəcəkdir.
Qatar Tehran şəhərinə daxil olduqdan sonra Qum şəhərinə doğru hərəkət edəcəkdir. Həmin gün qatar yenidən Tehran şəhərinə qayıdacaq və gecə saat 23:50-də Məşhəd şəhərinə yola düşəcəkdir. Sərnişinlər iki gün Məşhəd şəhərində qaldıqdan sonra yenidən Naxçıvan şəhərinə qayıdacaqlar.
Hər bir sərnişin üçün nəzərdə tutulan biletin qiyməti 40 frankdan (68.03AZN) 35 franka (59.052AZN), 20 nəfərdən çox olan ziyarət qrupları üçün isə 30 franka (51.02AZN) endirilib.