Dünyada enerji istehsalı hesabına karbon qazı tullantılarının həcmi 0,9 faiz artaraq 36.5 giqaton təşkil edib ki, bu da rekord göstəricidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir.
Ekspertlər əsas səbəblər arasında ekstremal hava şəraitini, o cümlədən dünyanın bəzi regionlarında quraqlıq və anomal istiləri, eləcə də atom elektrik stansiyalarının dayandırılmasını misal çəkirlər.
Tullantıların artımı pandemiyadan sonrakı dövrdə fəal aviadaşımaların bərpası ilə əlaqələndirilir. Bundan başqa, şəhərlərin çoxu ucuz enerji mənbəyi kimi kömürdən istifadəyə keçiblər.
Yeni rekorda baxmayaraq, artım gözlənildiyindən daha az olub. Ekspertlər bunu bərpaolunan enerji mənbəyinə və elektrik ilə hərəkət edən nəqliyyata kütləvi keçidlə əlaqələndirirlər.