Xətai rayonunda marketdə atışma zamanı 2 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib

A- A A+

Paytaxtın Xətai rayonunda marketlərin birində atışma olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Bir nəfər hadisə yerində həyatını itirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: