Polis əməkdaşlarının martın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 49,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22,2 kiloqramdan artıq heroin, 19,5 kiloqrama yaxın marixuana, 93 qram tiryək, 7,3 kiloqramdan çox metamfetamin, 13 ədəd çətənə kolu, həmçinin 2450 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.