Bakıda təkərdoldurma məntəqəsində partlayış olub, bir nəfər ölüb

A- A A+

Binəqədi Rayon Prokurorluğu təkərdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

Prokurorluqdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, baş vermiş partlayışla əlaqədar prokurorluqda arşdırma aparılır.

Martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: