“Azərlotereya”ya məxsus “Misli” brendi Naxçıvanda fəaliyyətə başlayıb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”ya məxsus “Misli” brendi Naxçıvanda faəliyyətə başlayıb.

İdman mərc həvəskarları artıq Naxçıvanda da “Misli”yə gedərək oyun həyəcanı yaşaya biləcəklər. Yarandığı gündən ölkə ərazisində əhatə dairəsini genişləndirən “Misli” Naxçıvan Muxtar Respublikasında 4 yeni məntəqəsini istifadəyə verib.

“Misli” məntəqələri şəhərin Əziz Əliyev küçəsi 20, Heydər Əliyev prospekti 40, Babək məhəlləsi bina 9 və İstiqlal küçəsi bina 115, mənzil 1 ünvanında yerləşir.

Naxçıvanda məntəqələrin açılış mərasimində çıxış edən “Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu “Misli”nin burada da fəaliyyətinin uğurlu olacağına inamını ifadə edib.

Qeyd edək ki, “Misli” məntəqələrində futbol, basketbol, xokkey, tennis və digər fərqli idman oyunları ilə bağlı təxminlərinizi edə bilərsiniz. Virtual idmana da mərc etmək yalnız “Misli”də mümkündür. Burada həmçinin ani və tirajlı lotereyaların satışı ilə yanaşı,  “Ekspres Keno” oyununda hər 5 dəqiqədən bir 1 000 000 manat qazanmaq şansı təqdim olunur. 913 072 manatlıq tarixi cekpotun qazanıldığı “4+4” tirajlı lotereya biletlərini də “Misli” məntəqələrində əldə etmək mümkündür. Hazırda “4+4”də 500 000 manatdan böyük cekpot şanslı qalibini gözləyir. Yeri gəlmişkən ölkə ərazisində 180-ə yaxın “Misli” məntəqəsi fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: