Naxçıvandakı STEAM Təlim-Tədris Mərkəzi yaxın günlərdə istifadəyə veriləcək - VİDEO

A- A A+

Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan STEAM Təlim-Tədris Mərkəzində şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər.

Bu günədək muxtar respublikanın 156 ümumtəhsil məktəbində STEAM kabinələri yaradılaraq zəruri avadanlıqlarla təmin  olunub. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində 22 minə yaxın şagird STEAM təhsilinə cəlb olunub.

Naxçıvan televiziyasının əməkdaşları yeni yaradılan STEAM Təlim-Tədris Mərkəzində aparılan işlərlə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: