Tanınmış jurnalda Naxçıvanla bağlı məqalə verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu ilin sentyabr ayında Naxçıvanda keçirilən “Avropa günləri” ilə bağlı ölkənin tanınmış “Vətəndaş cəmiyyəti” jurnalında məqalə yerləşdirilib. Naxçıvanda “Avropa günləri” başlıqlı yazının müəllifi AMEA Naxçıvan bölməsində Hidrogeologiya və Mineral Sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır. Yazıda 2018-ci ildə Naxçıvanın “Gənclər Paytaxtı” elan olunması ilə bağlı keçirilən geniş tədbirlər və muxtar respublikanın paytaxtının o cümlədən üç gün ərzində “Avropa günləri”nə ev sahibliyi etməsindən bəhs olunur. Yüksək səviyyədə keçirilən tədbirdə Avropa ölkələrinin səfirlərinin Naxçıvan haqqında dedikləri maraqlı fikirlər, Ali Məclis Sədrinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestitus Yankauskasa Naxçıvan xalçasını hədiyyə etməsi, keçirilən digər tədbirlər haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, “Vətəndaş cəmiyyəti” dərgisi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının aylıq elmi-nəzəri, metodik jurnalıdır.