Respublikanın əksər bölgələrində fevral ayının üçüncü ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-4º yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2º aşağı olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 7º, Lənkəran-Astara, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 7-8º, Gəncə-Goranboyda 8-9º, Şəki-Zaqatalada 5-7º, Gədəbəydə 2º, Ceyrançöl-Tovuzda 6-8º, Quba və Dağlıq Şirvan bölgəsində 4º, Naxçıvanda 5º qeydə alınıb.
Havanın minimum temperaturu Gədəbəydə -10º, Qubada -9º, Naxçıvan və İsmayıllıda -7º, Şamaxıda -6º, Qəbələdə -5º, Zərdab və Zaqatalada -4º, Cəfərxanda -3º, Tovuz, Ceyrançöl, Şəki və Lənkəranda -2º, Zəngilan, Bərdə və Gəncədə -1º təşkil edib.