Muxtar respublikanın rayonlarında Beynəlxalq Qadınlar Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın rayonlarında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirlər keçirilib.
Rayon icra hakimiyyətlərinin başçıları və digər çıxış edənlər bayram münasibətilə qadınları təbrik ediblər. Bildirilib ki, hər il Beynəlxalq Qadınlar Günü ərəfəsində Prezident İlham Əliyev ənənəvi olaraq respublikamızın ictimai həyatında və fəaliyyət sahələrində fərqlənən qadınlara mükafat və fəxri adların verilməsi ilə bağlı sərəncamlar imzalayır. Bu, Azərbaycan cəmiyyətində xüsusi yer tutan qadınların fəaliyyətinə dövlətimiz tərəfindən verilən yüksək dəyərin təzahürüdür.
Tədbirlərdə rayonların ictimai-mədəni həyatında və fəaliyyətində fərqlənən qadınlar mükafatlandırılıb, hədiyyələr təqdim edilib.
Tədbirlər bədii hissə ilə davam edib, rayon musiqi kollektivləri bayram konserti ilə çıxış ediblər.