Naxçıvanda Yol Polisi İdarəsinin əməkdaşları xanım sürücü və piyadaları təbrik edib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları qadın sürücüləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayıb sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül dəstələri təqdim edib, onlara əlamətdar gün münasibətilə təbriklərini çatdırıblar.

Bayram münasibətilə piyada xanımlara da yol polis əməkdaşları tərəfindən gül dəstələri təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: