“Naxtel” qadın abunəçiləri hədiyyələrlə sevindirib - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxtel mobil operatoru 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları hədiyyələrlə sevindirib.
Naxtel hər il olduğu kimi bu il də 8 Mart - Beynəlxalq Qadınlar Günündə zərif cinsin nümayəndələrini unutmadı. Şirkətin əməkdaşları ənənəsinə sadiq qalaraq əlamətdar gün münasibətilə xanım abunəçilərinin üzündə təbəssüm yaradıb. Səhər saatlarından başlayaraq şəhərimizdə qadınlara “Naxtel” MMC adından çiçək və hədiyyə kartları təqdim olunub. Belə ki, xanımlar martın 31-nə kimi hədiyyə kartlar vasitəsilə operator şirkətinin ofisinə yaxınlaşıb pulsuz nömrə əldə edəcəklər.
Şəfa Səfərova