Zamiq Hüseynov Naxçıvanda “Bu gün bizim günümüz” dedi - VİDEO - VİDEO
NUHÇIXAN xəbər verir ki, şənbə günü Naxçıvandakı Heydər Əliyev Sarayında müğənni Zamiq Hüseynovun solo konserti keçirilib.
Zamiq Hüseynov musiqisevərlərə “Bu şəhəri çox sevirəm”, “Sən necə də gözəlsən”, “Bu gün bizim günümüz”, “Cənnətimsən” , “Sən olmasan” mahnıları ilə tanışdır. Onun ifasında səslənən “Kaman” mahnısı az bir zamanda populyarlıq qazanıb. Müğənni Naxçıvanlı tamaşaçılara verdiyi konsert proqramını da məhz elə “Kaman” adıyla təqdim edib. O, orkestrinin müşayiəti ilə repertuarındakı mahnılarının əksəriyyətini canlı olaraq seyrçilərə çatdırıb. İfaçı öz repertuarındakı məşhur mahnılardan əlavə Tofiq Quliyevin “Badamlı”mahnısını da ifa edib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.