Naxçıvan Ədliyyə Nazirliyi Culfada “Açıq qapı” günü keçirib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Açıq qapı” günlərinin keçirilməsi davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, növbəti “Açıq qapı” günü Culfa rayonunda təşkil edilib. Rayon məhkəməsinin inzibati binasında nazirliyin əməkdaşlarına müraciət edən vətəndaşlara hüquqi yardım göstərilib, problemlərinin həlli yolları izah edilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Növbəti “Açıq qapı” günü martın 30-da Ordubad rayonunda keçiriləcək.