Britaniya səfiri ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO

A- A A+

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Novruzun sonuncu çərşənbəsi - ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki, səfir bu barədə tviterdə paylaşım edib.

O, bu çərşənbənin torpağı simvolizə etdiyini xatırladıb.

Səfir həmçinin plastik paketlərin istifadəsi ilə bağlı qəbul edilən yeni qanundan söz açıb:

“Plastik paketlər torpağı zədələyir. Eyni zamanda Azərbaycanın gözəl təbiətini çirkləndirir”.

Diplomat hər kəsi plastikdən istifadəni azaltmağa çağırıb:

“Torpağımızı, planetimizi qorumaq üçün plastikdən istifadəni azaltmalıyıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: