Naxçıvan Avtomobil Zavodu yeni modelin istehsalına başlayıb - VİDEO

A- A A+

Naxçıvan Avtomobil Zavodu yeni “Maple X3 PRO” avtomobillərinin istehsalına və satışına başlayıb. 

Dinamik görünüşə malik olan yeni model həm eksteryeri, həm də interyeri ilə diqqəti cəlb edir. Avtomobil ekonomiklik baxımından da sərfəlidir. Belə ki,  “Maple X3 PRO” modellərinin yanacaq sərfiyyatı qarışıq rejimdə 5.9 litr təşkil edir. Arxa park radar və görüntü kamerası ilə təchiz olunub. Eyni zamanda çoxfunksiyalı sükan, sensor monitor, blutuz, USB giriş, dəri oturacaqlar, kondisioner, mərkəzi qapanma sistemi hərəkət zamanı sürücülərə əsl rahatlıq və həzz yaşadacaq.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: