Babək rayon məktəbliləri tibbi müayinələrdən keçib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Gərməçataq, Yuxarı və Aşağı Buzqov kəndlərinin məktəblərində şagirdlərin dərin tibbi müayinələri aparılıb. Müayinələr zamanı hər hansı bir xəstəlik aşkarlanan şagirdlər dispanser qeydiyyatına götürülərək mərkəzi xəstəxana və muxtar respublikanın digər səhiyyə müəssisələrinə dəvət olunur.
Qeyd edək ki, müayinələr rayonun bütün ümumtəhsil məktəblərində həyata keçiriləcək.
Sadiq Məmmədov