Tələbələr Ahıllar evi sakinlərinə bayram sovqatı aparıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Naxçıvan" Universitetinin kollektivi Şahbuz şəhərindəki Ahıllar evinin sakinlərinə bayram sovqatı aparıblar.

Görüşdə çıxış edənlər əlamətdar günlərdə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə görüşlərin keçirilməsinin ənənə halını aldığını qeyd edib, Ahıllar evinin sakinlərinə qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, el bayramının əhəmiyyətindən söz açıblar. Bildiriblər ki, milli-mənəvi dəyərlərimizi yaşadan Novruzda insanlar ahılları, yaşlıları, valideynləri ziyarət edər, onlara bayram sovqatları apararlar. Bu birlik və bərabərlik xalqımıza məxsus ən ali dəyərlərdəndir.

Tələbələr musiqi və rəqs nömrələri təqdim edib, sakinlərə əsl bayram ab-havası yaşadıblar.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: