Naxçıvana yeni nazir və nazir müavini təyin olunub

A- A A+

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Nicat Babayev həmin qurumda nazir müavini vəzifəsinə təyin edilib.

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gəlib. 

Ceyhun Cəlilov bu gün kollektivə təqdim ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: