Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, martın 16-da yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub. Naxçıvan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb.