Bu il Naxçıvanda 48 yeni subartezian quyusu qazılacaq - VİDEO
Günümüzdə qlobal xarakter daşıyan problemlərdən biri də əksər yerlərdə quraqlığın müşahidə olunmasıdır. Afrika qitəsi ilə yanaşı, hazırda Avropanın əksər ölkələrində də əhali su qıtlığından əziyyət çəkir və bununla bağlı müəyyən məhdudiyyətlər də tətbiq olunur. Bu il muxtar respublikamızda da yağıntıların normadan az olması quraqlıq problemini gündəmə gətirir. Ona görə də bu istiqamətdə profilaktik tədbirlər görülür, yeni subartezian quyuları qazılır, mövcud subartezian quyuları və hidrotexniki qurğular təmir edilərək əhalinin istifadəsinə verilir.
Hazırda Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında 932 subartezian quyusu var. Bu hidrotexniki qurğular əkin və həyətyanı torpaq sahələrinin su təminatının ödənilməsi ilə yanaşı, sakinlərin içməli su ehtiyacının böyük bir hissəsini də ödəyir.
Naxçıvanda subartezian quyularının qazılması məqsədilə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılsa da, onlardan təyinatı üzrə və səmərəli istifadə olunmayıb, lazımi qədər quyu qazılmayıb. Ötən il Naxçıvanda çox az sayda - ümumilikdə 5 subartezian quyusu istifadəyə verilib. Halbuki bu rəqəm daha çox ola bilərdi.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: