“Soliton”un Naxçıvandakı mağazasında mebel salonu açılıb - VİDEO

A- A A+

30 ildir ki peşəkar və müasir fəaliyyət göstərən “Soliton” Mağazalar Şəbəkəsi ölkə üzrə 80-ə yaxın mağazası ilə müştərilərin dəyişməz ünvanına çevrilib. Naxçıvanda ilk mağazasını 1992-ci ildə açan “Soliton” elektronika və məişət avadanlıqlarının sərfəli qiymət və güzəştli kredit şərtləri ilə satışını həyata keçirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Soliton” bu günlərdə daha bir yenilik edərək Naxçıvanda mebel dünyasının məşhur brendləri olan “Kilim” və “Mondi” markalarına məxsus mebellərin satışına başlayıb.

Yeni mağazaların açılış tədbirində məhsullar barədə məlumat verilib və “Soliton” Mağazalar Şəbəkəsinin bu istiqamətdə fəaliyyətə başlayan ilk mağaza olduğunu qeyd ediblər.

Artıq müasir dizayn, yeni üslub və zövq oxşayan, ən əsası keyfiyyətli mebellərin əldə olunması Naxçıvan şəhər sakinləri üçün daha asan olacaq. Yataq otağı, qonaq otağı və digər mebel dəstləri rahatlıq və zərafət nümunəsidir.

Türkiyə istehsalı olan mebellər gözoxşayan görünüşə və yüksək keyfiyyətə malikdir. Buradakı məhsulları nağd alışla 20-25 %-ə qədər endirimlə əldə etmək mümkündür. Müştərilər üçün sərfəli kredit şərtləri də mövcuddur. “Soliton” Mağazalar Şəbəkəsinə müraciət edən alıcılar istənilən mebel dəstini 18 ayadək faizsiz kredit imkanları ilə əldə edə bilərlər.

“Kilim” və “Mondi”nin yüksək keyfiyyətli və zövq oxşayan mebel dəstlərini endirimli qiymətlər və sərfəli kredit imkanları ilə əldə etmək istəyənlər Heydər Əliyev prospekti 1B ünvanında yerləşən “Soliton” Mağazalar Şəbəkəsi binasının ikinci mərtəbəsinə müraciət edə bilərlər.

Yunis Allahverdiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: