Martın birinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib

A- A A+

Respublikanın əksər bölgələrində mart ayının birinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 3-5º, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3º yüksək olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 8º, Lənkəran-Astara, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 10-11º, Gəncə-Goranboyda 10-12º, Şəki-Zaqatalada 8-10º, Gədəbəydə 6º, Ceyrançöl-Tovuzda 8-9º, Quba və Dağlıq Şirvan bölgəsində 6-7º, Naxçıvanda 10º təşkil edib.

Havanın minimum temperaturu Naxçıvan və Gədəbəydə -2º, İsmayıllıda -1º, Qubada -0.2º, Cəfərxan və Lənkəranda 0º, Maştağa, Bərdə, Zərdab, Tovuz, Ceyrançöl, Qəbələ və Zaqatalada 2º, Zəngilan, Şəki və Gəncədə 3º, Acınohurda 4º qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: