NTV-nin arxivi danışır... - VİDEO
"Bu sətirləri yazarkən səhiyyə işçilərinin Sədərək döyüşlərində fəal iştirakını xatırlayıram. Əslən Qıvraq kəndindən olan, o vaxt Şərur qəsəbəsində yaşayan tibb bacısı Ləzifə Qaybalıyeva çiynində təcili tibbi yardım çantası ilə daim döyüş meydanında, səngərlərdə idi. Nigar, Həcər qeyrətli bu qadın neçə-neçə yaralını atəş nöqtələrindən çıxarıb ilk tibbi yardım göstərmişdir..."
Bu sətirləri Naxçıvan teleradiosunun əməkdaşı, Əməkdar jurnalist Hüseyn Əsgərov “Həyat cəsurları sevir” kitabında qələmə alıb. Müəllif həm də ermənilərin hücumları nəticəsində Sədərəkdə gedən qızğın döyüşlərin, həmin mürəkkəb tarixi dönəmin canlı şahidlərindəndir.
NUHÇIXAN İnformasiya Agentliyi NTV-nin arxivində qorunub saxlanılan, 1990-cı ilin yanvar ayının 27-də Sədərəkdə çəkilən videomaterialı izləyicilərinə təqdim edir: