Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi, onların problemlərinin yerində öyrənilib həll edilməsi məqsədilə mart ayının birinci yarısında ombudsman Günay Rzayeva tərəfindən Culfa, Şahbuz, Babək, Şərur, Ordubad, Kəngərli və Sədərək rayonlarında vətəndaşların qəbulu keçirilib.
Qurumun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, həlli mümkün olan müraciətlər dərhal həll edilib. Müvəkkilin ünvanına daxil olmuş 24 şikayət və 29 ərizə araşdırılması üçün icraata qəbul edilib.