Bu il Naxçıvanda 190 hektar sahədə meyvə bağları, yaşıllıqlar salınacaq - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Heydər Əliyev İli" çərçivəsində muxtar respublika ərazisində 190 hektar sahədə yeni meyvə bağları, yaşıllıq sahələri salınacaq.

Hazırda Naxçıvan-Şərur, Naxçıvan-Çalxanqala avtomobil yolunun kənarlarındakı 6 hektar sahədəki yeni püstə bağında torpaq işləri aparılıb, çalalar qazılıb, torpaq üzvi gübrələrlə zənginləşdirilib. Artıq 1 hektar sahədə əkin aparılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə bu il 18,8 ha sahədə yeni meyvə bağları, 30 ha sahədə bərpa, 4 ha sahədə toxmacarlıq, 150 ha sahədə isə toxumla əkin işləri icra ediləcək.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: