Rusiya Prezidenti Azərbaycan ilə pensiya təminatına dair sənəd imzalayıb

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair müqavilənin ratifikasiyası haqqında Qanun imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2022-ci ildə Bakıda imzalanmış müqavilə iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: