Azərbaycana yaz fəsli daxil olub

A- A A+

Bu gün saat 01:24-də Azərbaycana yaz fəsli daxil olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gecə ilə gündüz bərabərləşib.

Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib və yaz fəsli başlayıb. Bu fəslin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq. Şimal yarımkürəsində Yaz fəsli iyunun 21-nə qədər davam edəcək. Yəni, iyunun 21-i saat 18:57:47-də Azərbaycana Yay fəsli (Yay günəş duruşu) daxil olacaq.

Qeyd edək ki, XXI əsrdə yaz bərabərliyi günü 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə cəmi 2 dəfə düşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: