BMT-də Beynəlxalq Novruz Gününü qeyd edirlər

A- A A+

Mart ayında dünyada 300 milyondan çox insan Novruz bayramını - yazın gəlişi və təbiətin dirçəlişini qeyd edir. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu bayram münasibətilə müraciətində hamıya sülh, sevinc və firavanlıq arzularını bildirib.

Novruz bayramı günlərində Balkanlarda, Qara dəniz hövzəsində, Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə üç yüz milyondan çox insan baharı qarşılayır. 2009-cu ildə Novruz bayramı bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Assambleyasının üzvləri martın 21-ni Beynəlxalq Novruz Günü elan ediblər.

BMT-nin rəhbəri öz müraciətində bildirir ki, “Novruz” sözü fars dilindən tərcümədə “yeni gün” deməkdir. Hesab edilirdi ki, məhz yaz gecə-gündüzün bərabərliyi günündə, nə vaxt ki, günün və gecənin uzunluğu 12 saat olduğu gündə torpaq dirilməyə başlayır. Onun tarixi ən qədim dinlərdən biri olan zərdüştiliyin müqəddəs kitabı “Avesta”nın dövrünə gedib çıxır.

Baş katib xatırladıb ki, milyonlarla insanın qeyd etdiyi Novruz bayramı günlərində ailə və dostlar bir yerə toplaşır, keçmişi yada salır və daha xoşbəxt gələcəyə ümid bəsləyir. Quterreş vurğulayıb: “Novruz həm də bəşəriyyətin zəngin mədəni irsi və müxtəlifliyi bayramı, bizim hamınız üçün sülh, dialoq və həmrəylik kimi dəyərlər əsasında insan hüquqlarına sadiqliyimizi bir daha təsdiq etmək; qarşılıqlı hörmətə və barışığa imkan yaratmaq; planeti qorumaq və təbiətlə harmoniyada yaşamaq imkanıdır”.

BMT-nin rəhbəri öz müraciətinin sonunda “Novruz bayramını qeyd edərkən hamı üçün ən yaxşı dünya qurmaq naminə” birləşməyə çağıraraq yazır: “Qoy Novruz sizə sevinc, möhkəm cansağlığı və firavanlıq gətirsin”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: