Babək rayon məktəbləri dezinfeksiya olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunda yerləşən məktəblərdə dezinfeksiya işləri aparılıb.        

Babək rayon gigiyena və epidemiologiya şöbəsinin əməkdaşları tərəfindən infeksion və mövsümi xəstəliklərə, viruslara yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təlim-tədris müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib.

Belə ki, Babək şəhərində və kəndlərdə yerləşən bütün məktəblərin sinif otaqları, fənn kabinələri, laboratoriyaları, idman zalları və digər yerlər dezinfeksiya edilib.

Qeyd edək ki, 4 məktəbdənkənar müəssisədə də dərmanlama işləri aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: