"Naxçıvansığorta”nın Direktorlar Şurasının sədri işdən çıxıb

A- A A+

“Naxçıvansığorta” ASC-nin Direktorlar Şurasının sədri Əsədulla İsgəndərov vəzifəsini tərk edib.

Məlumatı "Naxçıvansığorta" ASC-dən NUHÇIXAN İnformasiya Agentliyinə təsdiqləyiblər.

Qeyd edək ki, Əsədulla İsgəndərovun yerinə hələ ki, təyinat olmayıb.

"Naxçıvansığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvanbank" ASC-dir.

Ə.İsgəndərov bu ilin yanvar ayına qədər həm də adıçəkilən bankın Müşahidə Şurasının sədri olub, hazırda isə Şuranın üzvü kimi fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: