Tələbələr Ədliyyə Nazirliyi ilə tanış olublar

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisaslarının tələbələri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində olublar.

İki gün ərzində tələbələr Penitensiar Xidmətdə, Məhkəmə Ekspertizası Mərkəzində  icra və probasiya şöbəsində, qanunvericilik bölməsində, bələdiyyələrlə iş  mərkəzində,  Naxçıvan şəhər icra və probasiya şöbəsində və  Naxçıvan bələdiyyəsində olub, bu qurumların iş fəaliyyəti barədə geniş məlumat alıblar.

Təcrübənin sonunda Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev tələbələrin Ədliyyə Nazirliyinin struktur qurumların işi ilə tanışlığını yüksək qiymətləndirib.

                                                                           Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: