Bakı-Naxçıvan reysi ilə Naxçıvana gələn sərnişinin üzərində heroin aşkarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə Bakı-Naxçıvan reysi ilə Naxçıvana gələn M.Vəliyevi saxlayıblar.
Axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.