Martın 30-da səhər saatlarında Astara rayonunun Çükəş kəndində Hirkan Milli Parkının yaxınlığında yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, hadisə yerinə Milli Parkın, Nazirliyin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.