Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, ərazidə növbətçilik təşkil edilib.
“Yanğın nəticəsində quru ot örtüyü yanıb. Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır”, - məlumatda deyilir.