NUHÇIXAN xəbər verir ki, Bəhruz Kəngərli muzeyinə Naxçıvan Musiqi Kolleci tələbələrinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı bildirilib ki, rəssamlıq sənətimizdə boyakarlıq, qrafika, dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşmasında Bəhruz Kəngərlinin xüsusi rolu olub. Azərbaycanın ilk peşəkar rəssamının keçdiyi ömür yolu barədə musiqiçi tələbələrə ətraflı məlumat verilib. Qeyd olunub ki, rəssam yaratdığı hər bir əsərində çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan tarix və mədəniyyət abidələrinə öz məhəbbətini bildirib. Görkəmli rəssam “Möminə Xatın”, “Atabəylər türbəsi”, “İmamzadə türbəsi”, “Nuh Peyğəmbərin türbəsi” və onlarla digər əsərlərində memarlıq abidələrini təsvir etməklə sadəcə rəsm əsəri yaratmıyıb, eyni zamanda bir xalqın tarixini, mədəniyyətini, sənətkarlıq qabiliyyətini vəsf edib.
Mədinə Rəhimli