Aprel ayında Naxçıvana qar yağıb - YENİLƏNİB - VİDEO

A- A A+

Yazın ilk günlərini qış nəfəsi ilə qarşılayırıq. Aprel ayı doğma yurdumuza qarla daxil olub. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səhər saatlarından yağan qar dağlıq ərazilərdə daha intensiv xarakter alıb. Mütəxəssislər bu dövrdə yağıntının su ehtiyatlarının yaranması üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirirlər.

Bir neçə gündür ölkəmizin ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Muxtar respublikanın dağlıq və dağətəyi ərazilərinə yağan qar aprelin 1-i səhər saatlarından Naxçıvan şəhərində də müşahidə olunub.

Aprel ayını qarlı hava ilə qarşılayan doğma diyarımız təbiət hadisəsinin gözəl mənzərələrinə bürünüb.

Son illər müşahidə olunan quraqlıqların fonunda bu gün yağan qar su ehtiyatlarının artırılması üçün də müstəsna əhəmiyyət kəsb edir.

Hidrometeoroloqlar bildirir ki, soyuq və yağıntılı hava şəraiti aprelin 2-dək davam edəcək.

Bəs ilin bu vədəsində yağan qar çiçək açan ağaclara və təsərrüfat sahələrinə necə təsir göstərəcək? Mütəxəssislər qeyd edirlər ki, Naxçıvan şəhəri və ona yaxın olan kəndlərdə axşam saatlarında şaxtalı hava müşahidə olunmayacağından artıq çiçəkləyən ağaclarda donvurma olmayacaq.

Hava şaxtalı keçsə belə, dağ kəndləri üçün də ciddi bir təhlükə yoxdur. Çünki həmin zonalarda təbiət hələ tam ayılmayıb. Həmçinin istilik və enerji, nəqliyyatın hərəkəti baxımından da Naxçıvanda narahatlıq yoxdur. Səhər saatlarından başlayaraq müntəzəm olaraq kənd yollarının qardan təmizlənməsi üçün yollara texnikalar cəlb olunub.

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: