Azad edilən ərazilərdə ötən ay 926 mina aşkarlanıb

A- A A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 926 mina aşkarlayıb.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5983 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: