Muxtar respublikada sakinlərin dayanacaqlarla bağlı problemləri həllini tapacaq - VİDEO
Naxçıvan şəhərində və muxtar respublikanın bir sıra yaşayış məntəqələrində yaşayan sakinlər bəzi ərazilərdə yolların kənarında dayanacaq pavilyonlarının olmamasından şikayətlənirlər. Xüsusilə kəskin isti və yağıntılı hava şəraitinin hökm sürdüyü günlərdə bu dayanacaqlarda marşrut gözləmək sərnişinləri narazı salır.
NTV əməkdaşları mövzunu araşdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi bununla bağlı videomaterialı təqdim edir: