Aprel döyüşləri bir daha sübut etdi ki, bizim ordumuz nəyə qadirdir - Şəhid Zülfü Rzayev - VİDEO

Şəhidlərimizin "Aprel xatirələri"

A- A A+

Vətən müharibəsində şəhidlik məqamına yüksələn igid oğulların sırasında 7 il bundan öncə qazanılan tarixi Aprel zəfərində iştirak edən hərbi qulluqçularımız da az olmayıb. Həmin döyüşlərdə göstərdiyi şücaət, qazandığı təcrübə ilə Vətən müharibəsində adını tarixin şanlı səhifələrinə həkk edən zabitlər - şəhid Faiq Qasımov və Zülfü Rzayev də məhz 2016-cı ilin aprelində Qarabağın qurtuluş savaşına öz imzalarını yazıblar.

Şəhid Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Aprel döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsinin azad olunmasında və "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xəttinin yarılmasında fəal iştirak edib. 

"Vətən uğrunda" medallı Faiq Qasımov İkinci Qarabağ müharibəsində sentyabrın 27-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Şahbuz rayonunun Külüs kəndində anadan olan şəhid Zülfü Rzayev də 2016-cı ilin Aprel döyüşlərinə adını qızıl hərflərlə yazdırıb, erməni polkovnikini üzbəüz öldürərək öz döyüş yoldaşını xilas etmişdi. Göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin 19 aprelində "İgidliyə görə" medalı ilə təltif olunub.

Adlarını sadaladığımız bu iki Vətən oğlu 2018-ci ildə NTV-yə müsahibə vermiş, ordumuzun qətiyyəti, döyüş əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı arzularını dilə gətirmişdilər. Bəli, onlar döyüşdülər, arzuladılar, aradan 4 il ötdü, yenə də döyüşüb arzularına çatdılar. 

Allah şəhidlərimizə rəhmət eləsin.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının baş redaktoru Ruhiyyə Rəsulovanın Aprel döyüşləri barədə hazırladığı verilişindən növbəti hissəni təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: