Naxçıvan Muxtar Respublikası DİN-in Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, imzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Mais Məmmədov təyinat alıb.
O, bu təyinata qədər həmin idarədə rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən həftə Naxçıvan DYPİ-nin rəisi, polis mayoru Ayaz Quliyev işdən azad olunmuşdu.