Tünzalə Hüseynova - 70 - FOTOLAR

45 ilin sözü və səsi

A- A A+

Bu gün “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin Sənədli filmlər və Dublyaj redaksiyasının redaktoru Tünzalə Hüseynovanın 70 illik yubileyidir.  

1953-cü il aprelin 5-də Naxçıvan şəhərində anadan olan Tünzalə xanım orta məktəbi Culfa şəhərində bitirib. 1971-1977-ci illərdə nüfuzlu ali məktəblərdən olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alıb. 1979-cu ildən  Naxçıvan Televiziyasında redaktor vəzifəsində çalışır. Onun 45 illik peşə fəaliyyətinin 34 ili radio, 11 ili isə televiziya ilə bağlıdır. Uzun illər Naxçıvan radiosunda rus dili xəbərlərinin redaktoru olub. Xüsusən, ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik  fəaliyyətinin Naxçıvan dövründə blokadada yaşayan regionda baş verən mühüm ictimai-siyasi proseslərlə bağlı informasiyaların geniş ictimaiyyətə çatdırılmasında mühüm xidmətlər göstərib. Tünzalə xanımın hazırladığı xəbərlər 1988-1993-cü illərdə “İnterfaks” Agentliyi vasitəsilə dünyanın bir sıra ölkələrində də yayımlanıb, Naxçıvan həqiqətləri dünyaya çatdırılıb.

Televiziyanın aparıcı simalarından olan Tünzalə xanım bu gün də gənclik eşqi ilə çalışır, çox sevdiyi işi və peşəsinin haqqını layiqincə verir. Səmimiliyi, sadəliyi ilə hər birimizin dərin hörmət bəslədiyi Tünzalə xanım həm də öz doğmalarının qəlbində özünə qayğıkeş ana, sədaqətli həyat yoldaşı abidəsi ucalda bilib.

Naxçıvan teleradiosunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə Tünzalə Hüseynova bu gün “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Fəxri Fərman”ına layiq görülüb.  Bu əlamətdar gün münasibətilə onu bütün kollektivimiz adından təbrik edir, möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: