TƏBİB Salyanda yol qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb

A- A A+

TƏBİB Bakı-Salyan yolunda baş verən qəzada xəsarət alan şəxslərin vəziyyəti barədə məlumat yayıb.

Qurumdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları əraziyə cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər tibb müəssisəsinə yerləşdirilib. Hazırda Reanimasiya şöbəsində 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir), Təcili tibbi yardım şöbəsində 1 nəfərin (vəziyyəti orta ağır qiymətləndirilir) müalicəsi davam etdirilir.

Qeyd edək ki, bu gün Bakı-Salyan yolunda “KamAZ” markalı maşının “Hyundai Accent” markalı avtomobilə çırpılması nəticəsində üç nəfər sərnişin həlak olub, 3 nəfər isə xəsarət alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: